Sensasiya: Piramidanın altında “yeraltı şəhər” tapıldı | Video+Fotolar

 Sensasiya:  Piramidanın altında “yeraltı şəhər” tapıldı     | Video+Fotolar
  29 Mart 2025    Oxunub:1419
Beynəlxalq tədqiqatçılar qrupu Misir piramidalarının altında yerin dərin qatlarına qədər uzanan qəribə strukturlar aşkarlayıb . Onlar 4000 fut (1219 metr) dərinliyə qədər enən nəhəng şaquli sütunları “yeraltı şəhər” adlandırıblar.

Üstünə spiralvari pilləkənlər dolanmış sütunlar əhəngdaşından olan nəhəng platformaların üzərində tikiliblər. Platformaların daxilindəki kameralara enən kanallar və şaxtalar mövcuddur.


Korrado Malanqa (İtaliya), Filippo Biondi (Şotlandiya) və misirşünas Armando Mey (İtaliya) hazırda bu kəşfə görə Avropa mediasının diqqət mərkəzindədirlər.

Araşdırmaçılar keçirdikləri mətbuat konfransında Xafra piramidasının altında 2100 fut (640 metr) dərinlikdə su boruları sisteminin qeydə alındığını bildirib lər. Oların sözlərinə görə, borular yerin daha dərin qatlarına enir.


Xafra piramidası Giza kompleksinə daxil olan 3 piramidadan biridir. Digər ikisi Xeops (Xufu) və Menkor piramidalarıdır. Onların hər üçünün eradan 4500 il əvvəl tikildiyi ehtimal edilir.


Piramidanın altındakı şaquli sütuların diametri təxminən 11 metrdir. Araşdırmaçılar qupu piramidanın onların üzərində dayandığını güman edirlər.

Tədqiqatçılar komandası yerin dərin qatlarındakı strukturları qeydə almaq üçün yüksək keyfiyyətli təsvir verən radarlardan istifadə ediblər. Bu texnologiya adətən okeanın dərin qatlarının öyrənilməsi üçün tətbir olunur.



“Biz inanırıq ki, təsvirləri böyüdəndə əsl yeraltı şəhərin kəşfinin şahidi olacağıq. İstisna deyil ki, biz əfsanəvi Yeraltı Kitabxananı tapmışıq. Piramidaların heç kim ağlına gəlməyən sirləri açılacaq”,- deyə Piza universitetinin eksperti Korrado Malanqa (Corrado Malanga) bildirib.


Yeraltı Kitabxana - ehtimallara görə, böyük piramidaların və Sfinks heykəlinin altında, yerin dərinliyindəki gizli zaldır. Orada məxfi kitabələrin və qədim sivilizasiyalar haqqında məlumatların saxlanıldığı güman edilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Sensasiya   Elm   Tarix   Piramida   Misir  





Xəbər lenti